AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çavuşoğlu və Lavrov arasında telefon danışığı oldu

  • + A
  • - A
  • 18-02-2021, 21:38



    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

    AzadMedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, danışıqlar zamanı prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin müzakirələri və həmin məsələlərin gündəmdə saxlanılması diqqət mərkəzində olub.

    Qeyd edək ki, Ərdoğan Putinlə söhbəti zamanı Türkiyə və Rusiya mütəxəssislərinin 11 yanvar 2021-ci il müqaviləsindən sonra Dağlıq Qarabağda yenidən qurulan avtomobil və dəmiryol nəqliyyat xətlərinin daha səmərəli olması üçün azərbaycanlı həmkarları ilə bir araya gələ biləcəyindən söz açıb.

    Bundan başqa, Ağdamdakı Birgə Mərkəzin fəaliyyəti də müzakirə olunub. Bildirilib ki, mərkəz atəşkəsə nəzarət və monitorinq vəzifəsini uğurla yerinə yetirir.

    Ərdoğan əlavə edib ki, atəşkəsin qorunması üçün ortaq səylər göstərilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR