AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞOK!!! Rusiyanın parçalanması başladı - Qafqaz ayrılır…

  • + A
  • - A
  • 4-07-2017, 14:25

    ŞOK!!! Rusiyanın parçalanması başladı - Qafqaz ayrılır…

















    Rusiya de-fakto müstəmləkə imperiyasıdır, de-yure isə federasiyadır

    Bunu “Ruskiy Monitor” portalına müsahibəsində İsraildən olan ekspert Avram Şmuleviç söyləyib.

    “Qafqazın Rusiyadan ayrılması ehtimalı kifayət qədər yüksəkdir. Ona görə ki, Qafqaz hazırda tipik müstəmləkəyə bənzəyir. Bu gün görürük ki, Moskva və Qafqaz tamam başqa qanunlarla yaşayır. Onlar arasında mental uçurum var, Moskvada və Qafqazda olan insanlar eyni dövlətin tərkibində yaşadıqlarını qəbul etmirlər. Bütün müstəmləkə sistemlər bu cür süqut edib. Məhz bu nöqteyi-nəzərdən Qafqaz Rusiya deyil və heç vaxt da olmayıb. Putinin hakimiyyəti dövründə bu, açıq-aşkar görünür. Mən Birinci Çeçen müharibəsindən sonra rus siyasətçiləri və ekspertləri ilə söhbətlərimi xatırlayıram. Kadırov hakimiyyətə gələndə onlar deyirdilər ki, bu, çox yaxşıdır, çünki Çeçenistan Rusiyanın bir parçası olur. Lakin indi onlara da aydındır ki, bu, Rusiya deyil. Qafqazda situasiya uzun müddət indiki kimi davam etməyəcək”, – deyə o bildirib.

    Qafqazda yeni azadlıq hərəkatı yaranır

    Politoloqun fikrincə, Qafqazdakı silahlı dəstələri daha çox Rusiya idarə edir:

    “Rusiya hökuməti Qafqazda islam radikalizminin ciddiliyi ilə bağlı heç bir şeyin olmadığını göstərməyə çalışır. Əslində hər şey heç də onların göstərdiyi kimi deyil. Hətta Çeçenistanda Kadırovun Şimali Koreyaya bənzər sistem yaratması da burada tükənməz partizan müharibəsinin qarşısını almır. Putin eyni sistemi bütün Rusiyada formalaşdırmağı arzulayır. Qafqazdakı islam terror təşkilatlarına gəlincə isə heç kimə sirr deyil ki, onların çoxusu Rusiya xüsusi xidmət orqanları tərəfindən formalaşdırılır. Bu o demək deyil ki, Qafqazda müstəqil partizan hərəkatı ola bilməz. Əslində belə hərəkat var, amma indiki zamanda o, güc yığır və hələlik mərkəzi hökumətə meydan oxumaq qüvvəsində deyil”.

    Rusiyanın parçalanması başlayıb

    Şmuleviç Qafqazın Rusiyadan ayrılma prosesinin başladığını vurğulayıb:

    “Mən sizin diqqətinizə Rusiyanın cənub regionlarında baş verənləri də çatdırmaq istəyirəm. Burada, xüsusilə, milli özünüdərk prosesi gedir. Artıq bu bölgələrin əhalisi özünü rusiyalı adlandırmır. Mən Krasnodar, Rostov, Stavropoldakı elitanın mərkəzi aparatın zəifləməsi zamanı kazak hərbi dəstələri ilə hərəkət edəcəklərini istisna etmirəm. Yerli elita artıq Rusiya və Qafqaz anlayışlarının müəyyən zamandan sonra ayrılacaqlarını anlayırlar və müəyyən anda mərkəzə qarşı hansısa addım atmağa hazırdırlar. Artıq ilkin işartılar Dağıstan, İnquşetiya, Kabardin Balkar, Qaraçay-Çərkəz və digər regionlarda görünür. Qafqazın Rusiyadan ayrılması prosesi artıq başlayıb”.

    Putin Rusiyanı özü parçalayır

    O, həmçinin hökumətin özünün istəmədən Rusiyada dini və etnik fərqlər yaratdığını söyləyib:

    “Üstəlik, Suriyaya da diqqət edək. Bir müddət əvvəl vurğulandı ki, Rusiyanın 60 min müsəlman əsgəri Suriyaya yardım üçün gedəcək. Artıq rəsmi şəkildə çeçen və inquş batalyonları Suriyaya göndərilib. Rusiyada əvvəlki kimi terrorun milliyəti yoxdur. Rusiya ordusunda isə milliyət və dini fərqlər mövcuddur. Sonuncu dəfə Rusiyada çeçen batalyonlar Məshədov dövründə olub. Bu təkcə ölkənin faktiki olaraq bir olmaması demək deyil, bu həm də hökumətin istəmədən ölkənin dini və etnik baxımdan parçalaması deməkdir.

    Siz Dağıstanda olan şəriət məhkəmələrinə müraciət statistikalarına baxın. Bu göstərir ki, Rusiyanın bir hissəsi olan regionda paralel məhkəmə sistemi genişlənir. Şimali Qafqazda olan sosial etirazlara baxın. Yük avtomobili sürücülərinin ən böyük hərəkatı məhz Qafqazda idi. Bu hərəkat təkcə Dağıstanda yox, bütün Şimali Qafqaz respublikalarında eyni gücdə idi. Bu regionda iş yerləri yaradılmır, ona görə də əhali Rusiyanın Avropa hissəsinə gedir. Bu proses uzun müddət davam etməyəcək. Rusiya iqtisadiyyatının durğunluğu ucbatından artıq köçənlərin çoxu geri qayıtmaq məcburiyyətində olurlar”. (Axar.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR