Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ
Yaroslavlın gənc sakini ukraynalı manyak Sergey Tkaçla ailə qurub.
Publika.az bildirir ki, bu barədə məlumatı Ukrayna telekanalı TSN yayıb. Gənc qız 40 yetkinlik yaşına çatmayan qızı zorlayaraq qətlə yetirən və buna görə ömürlük məhkum olunmuş Sergey Tkaçdan uşaq da dünyaya gətirib…
24 yaşlı Yelena cinayətkarı televizorda görərək, ona aşiq olur. Həmin vaxt qızın 16 yaşı varmış. 7 il manyakı axtarır, müxtəlif həbsxanalara məktub yazır, sonra isə Jitomir şəhərinə – hazırda da cəza çəkdiyi həbsxanaya gəlir.
64 yaşlı Tkaçın sözlərinə görə, ilk görüş arakəsmə ilə baş verib, bu zaman onlar sadəcə daxili telefonla danışıblar. Sonralar xeyli məktublaşıblar, ikinci dəfə isə onlara ayrıca bir otaqda görüşməyə icazə verilib. Yelena hamilə qalıb və bundan sonra cütlük evlənib.
Onların bir qızı dünyaya gəlib və o, hazırda baba və nənəsi ilə Rusiyanın Yaroslavl şəhərində yaşayır.
Ər-arvad əlavə olaraq 2 uşaq da dünyaya gətirməyi planlaşdırırlar: ömürlük məhkum olunmuş Sergey və Yelenaın arzularında Uzaq Şərqə köçüb birlikdə yaşamaq da var
ÜKÜRPƏDƏN KEÇMİŞ
Tkaça 2008-ci il dekabrın 23-də hökm oxunub. Dnepropetrovsk vilayət məhkəməsi 37 qətl və 8 zorlama faktını sübut edə bilib. Özü isə ifadəsində təxminən 100-dən çox hücumda əli olduğunu iddia edib. Manyakı 2005-ci ilin avqustunda Poloqi şəhərinin kənarında həbs etmək mümkün olub. O zaman Tkaç orada yaşayırdı və sonuncu qətlini də məhz bu şəhərdə törətmişdi. Həmin şəhərdə “Poloqili manyak” ləqəbi ilə tanınırdı.
Zorlamalarla müşayiət olunan qətlləri Tkaç 1980-ci ildən 2005-ci ilədək Krım, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinin ərazisində törədirdi. Onun qurbanları əsasən 9 yaşından 17 yaşa qədər olan qızlar idi. Bütün bu müddət ərzində cinayətlərin dəlillərini ustalıqla məhv edə bilirdi.
Xatırladaq ki, 2008-ci ildə hökm oxunan zaman, Sergey Tkaç son söz olaraq, özünün edam olunmasını istəyib: “Mən insan deyiləm, heyvanam, 100 nəfərin ölümünə görə məsuliyyət daşıyıram. Məni edam edin”, – deyə məhkəmə zalında bildirmişdi.