Əfqanıstanın paytaxtı Kabil yaxınlığındalı Pərvan vilayətində təhsil işçilərini və tələbələri aparan avtobusa bombalı hücum olub.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində dörd nəfər ölüb.
Bildirilib ki, avtobus Əl-Biruni Universitetinin heyətini aparırmış. Hadisə zamanı 11 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Hücumu hələlik üzərinə götürən olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.