Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub.
AzadMedia.az “Samaa TV”yə istinadən xəbər verir ki, qəzada 60-dan çox insan yaralanıb.
Qəzanın Sind əyalətinin Qotka şəhəri yaxınlığındakı dəmiryolu stansiyaları arasında baş verdiyi qeyd olunur.
Dəmiryolu rəsmisi bir qatarın relsdən çıxan ikinci qatarın üstünə çırpıldığını bildirib. Toqquşma nəticəsində 14 vaqon relslərin kənarına aşıb, 6-8 vaqon tamamilə yararsız hala düşüb.
Polis, hərbçilər və xilasedicilər hadisə yerinə cəlb olunub. Hazırda qatarların hərəkəti dayandırılıb.