AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qatarın vurduğu azyaşlı uşaqla bağlı rəsmi açıqlama

  • + A
  • - A
  • 6-08-2019, 09:58

    Bakıda qatarın vurduğu azyaşlı uşaqla bağlı rəsmi açıqlama

    Ötən gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərək, qəfil qatarın qabağına çıxıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılıb. İlkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR