AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp haqda şok proqnoz - sui-qəsd anonsu...

  • + A
  • - A
  • 4-08-2017, 12:36

    Tramp haqda şok proqnoz - sui-qəsd anonsu...














    Avqustun 21-də ABŞ-da baş verəcək Ay tutulması Ağ Evin yeni sahibinin həyatına dəhşətli təhlükə vəd edir; bəlkə astroloqlar dərin güclərin qorxunc niyyətini pərdələyir?

    İlin sonunda adətdi, tanınmış münəccimlər, astroloqlar mətbuat səhifələrində növbəti ənənəvi öncəgörmələrini elan edirlər. Amma...

    Amma ABŞ prezidenti Donald Trampa aid öz astroloji proqnozlarını məşhur Amerika astroloqları Ueyd Keyvz və Mardjeri Orr, bilinmir niyə, hansı səbəbdən ilin sonunda deyil, məhz ilin ortasında, lap elə bu günlərdə elan ediblər.

    Öncəgörmələr məşhur “Sehirli xalat” filmindəki “Qüdrətli xan sahibləri! Göyün yeddinci qatında Çəyvan, Ütəriyyə, Mərrix, Müşətəri və nəhayət, Nahid ulduzları təxti-tacımıza, hökmdarımıza qarşı qorxulu vəziyyətdə donub qalıblar!” harayını xatırladır. “Newsweek” nəşrində çap edilmiş bu proqnozun məzmunu çox həyəcanlı, gözlənilməz, eyni zamanda çox qısadır: “21 avqust 2017-ci ildə ABŞ səmalarında iki dəqiqəlik Ay tutulması baş verəcək. Ölkə üzərindəki qara kölgənin uzunluğu 115 kilometrdən çox olacaq bu zaman. 1909, 1927, 1945, 1963, 1981, 1999-cu illərdəki oxşar Ay tutulmaları ABŞ-a çox baha başa gəlib: Prezident Ulyam Taft ilə Ronald Reyqana qarşı qəsd baş verib, Bill Klinton impiçmentə məruz qalıb, Franklin D.Ruzvelt dünyasını dəyişib, Yaponiya atom bombardmanına məruz qalıb və sair və ilaxır”.

    Oxucularını yay məzuniyyətlərdən əvvəl xeyli qorxudan qəzet, sonra sakitcə öz hədəfini göstərir: “Donald Tramp özü növbəti Ay tutulması zamanı dünyaya göz açdığı səbəbdən, oxşar təhlükə onu da təqib edəcək avqust ayında”.

    Картинки по запросу Дэвид Мид

    ***

    Astroloqlar, münəccimlər həmişə göy qüvvələrinin deyil, real yer qüvvələrinin siyasi sifarişini yerinə yetiriblər. Sonrakı aldadıcı mənzərələr, manevrlər ilə öz müştərilərini azdırıblar. Görüntü yaradıblar bəs guya Mərrix, yəni Mars planeti o gün özünü belə-belə aparıb göydə. Bəs Çəyvan planeti qorxudan gedib girib filan kosmik ünvana.

    Göy cisimləri barədə Ueyd Keyvz və Mardjeri Orrinin bilikləri, bilmirəm, düzdü, yoxsa əyri. Amma 1909, 1927, 1945, 1963, 1981, 1999-cu illərin avqust hadisələri barədə bəzi məlumatlar kökündən yanlışdı. Bağışlanılmaz səhvdi. Əvvəla, prezident Con Kennedi avqust ayında qətlə yetirilməyib. 1963-cü ilin ilıq noyabrında öz məşəqqətli taleyini başa vurub. Dönüb Arlinqton qəbiristanlığındakı ağır daş abidəyə. Eləcə də Franklin Ruzvelt. Rəhmətlik öz dünyasını 1945-ci ilin aprel ayında dəyişib. Kosmosda elə bir yerdəyişmə, yaxud Ay, Günəş tutulması-filan qeydə alınmayıb həm də o zaman.

    ***

    O yekəlikdə “Newsweek” nəşrini öz məsum oxucularına yanlış informasiya ötürməkdə ittiham etməzdim. Tam tərsinə. Məncə, burda oxucuya üstüörtülü mesaj ötürülür. Göstərilir ki, bəli, ayıq olun, avqust ayında adi çərçivələrə sığmayan ciddi bir hadisə törədiləcək ABŞ-da.

    Картинки по запросу “Newsweek”

    Yəni kimsə artıq indidən Tramp administrasiyasına qarşı öz qara əlcəyini Ağ Ev dəhlizlərinə tullayıb. Yəni bu, astroloji proqnoz-filan deyil əslinə qalsa. Əsl ciddi xəbərdarlıqdı. Vəssalam. Məlumatdakı səhvlər də, görünür, bilə-bilə buraxılıb.

    Bu məlumatdan sonra da sifarişli ABŞ mətbuatı öz sadəlövh oxucusunu sakit buraxmayıb.

    Mövzunun ardını ziddiyyətli yazıçı Devid Midsə tapşırıb. Yazıçının iddiasına görə, 2017-ci ilin sentyabrında “X” planeti, qəfil kosmosa daxil olub Qız bürcündən keçəcək. 5 oktyabr tarixində isə Günəşi hop edib udacaq guya. Nəticədə Yer planetindəki həyat kökündən ləğv ediləcək.

    Картинки по запросу Дэвид Мид

    Alim iddia edir ki, elm aləminə bütün bunlar çoxdan, lap qədimlərdən bəllidi. Guya hakim elita nümayəndələri nə vaxtdı özlərinə beton sığınacaqlar inşa edib ordan dünyanın sonuna tamaşa etmək istəyirlər.

    Deyilənlərə görə, Donald Trampın nəhəng tikinti şirkətləri çoxdan oxşar sığınacaqları inşa edib baha qiymətə öz varlı müştərilərinə satırlar. Nə bilim? Bəlkə bu mövzunun da müəllifləri Trampa məxsus elə həmin tikinti şirkətləridir. Reklam xatirinə öz bosslarını kosmos vasitəsi ilə qətlə yetirib müştəri qazanmaq istəyirlər.

    Tramp “qara yumor” hissinə malik olduğunu hər addımbaşı hərəkətləri ilə sübut edib indiyədək. O, “qara səni basınca, sən qaranı bas” fəlsəfəsi ilə yaşayan bir siyasi xadim, əslində isə biznesmendi.

    Siyasi rəqiblərini oxşar yalanlar ilə, özzzüm ölüm, deyəsən, Tramp özü təmin edir. İstəyir, burnunun ucunu görməyən rəqiblərini bu cür PR gedişlər ilə gülünc vəziyyətə salsın. Sonra...

    Sonra öz cəza qılıncını sıyırıb cumsun bu sadəlövhlərin üzərinə.

    ***

    Gəlin mövzuya azca rəğbət hissi ilə yanaşaq. Lucyano Pavarotti, Ana Tereza, şahzadə Diana, Roma Papası İoann Pavel 2-cinin Günəş tutulması zamanı vəfat etməsi, adamlarda belə bir yanlış fikir yaradır ki, guya göy cisimləri üzərinə kölgə düşsə, dünyada oxşar bədbəxt hadisələr, qətllər baş verəcək. Əvvəla, bu, qətiyyən belə deyil. İkincisi, ən vacibi - dünya təqvimləri sırasında öncəgörmələr üçün ən münasib, düzgünü nə miladi təqvimidir, nə də ki digərləri. Təkcəsi, bircəciyi ulu Zərdüştə məxsus məşhur novruz təqvimidir. Hələlik biz bu doğma təqvimdən ancaq Novruz bayramı zamanı istifadə edib şellənirik özümüzçün. Daha həmin dəyərli təqvimin öncəgörmə imkanlarından bir o qədər istifadə etmirik.

    Картинки по запросу Pavel Qloba

    Amma müasir Rusiyanın bir nömrəli münəccimi sayılan aysor mənşəli Pavel Qloba gələcək barədə öz proqnozlarını məhz bu təqvimə əsaslanaraq irəli sürür. İndi Rusiyada elə bir sanballı mətbuat orqanı yoxdur ki, orda Pavel Qlobanın astroloji proqnozları verilməsin. Təqvim, 32 ili əhatə edən xüsusi qərinələrə bölünür. Hər il bir heyvanın xassələrini özündə cəmləyir. Məsələn, Rusiya prezidenti Vladimir Putin Zərdüşt təqviminə görə porsuq ilində (1920, 1952, 1984, 2016, 2048) doğulub.

    Təqvimdə bu rəmzin tam tərs qarşılığı da mövcuddur. Yəni əgər sən Porsuq ilində bu rəmzin qanunları ilə yaşamasan, özündən küs. Bil ki, belə halda əks rəmzin - Köstəbəyin təsiri altında yaşamağa məhkumsan.

    Vladimir Putinin, gərək biləsiz, tam məxfi “Mole” ləqəbinin bir mənası da elə həmin “köstəbək”di. Niyə?

    “Niyə?”si yoxdu. Görünür, məxfi məktəblərdə miladi təqviminə o qədər etibar etmirlər. Zərdüşt təqvimi əsasında öz xüsusi agentlərinin bölgüsünü aparırlar. Sonra Qloba kimilərə deyirlər, mövzu ətrafında öz öncəgörmələrini desin.

    Elə ordan da götürürlər öz xüsusi agentlərin məxfi adlarını.

    Sözümün “mustafası” qısadı. Öncəgörmələr, Zərdüşt təqvimin üzərində qurulubsa, hə, qəbuldu bizə. Ancaq Tramp barədəki avqust proqnozlarına mən şübhə ilə yanaşıram.

    Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdı ancaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR