AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp seçkilərdə qanun pozuntularına dair yeni sübutlar təqdim edəcək

  • + A
  • - A
  • 2-08-2021, 18:41


    ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın zamanda ictimaiyyətə ötən ilin payızında keçiriləcən prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularına dair yeni sübutların təqdim ediləcəyini bəyan edib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin bəyanatında deyilir.

    Bəyanatda bildirilir ki, seçkilərdə ABŞ-ın indiyə qədər görmədiyi saxtakarlıqlar mövcud olub:

    "Seçkilərin ölkəmizin indiyə qədər görmədiyi saxtakarlıq və qanun pozuntuları ilə pozulduğuna dair əhəmiyyətli və qəti dəlillər var. Bunun çoxu artıq ictimaiyyətə məlumdur və daha çoxu yaxın gələcəkdə ortaya çıxacaq".

    Ağ Evin keçmiş rəhbəri aparıcı KİV-i "insanların baş verənləri görməməsi və ya oxumaması üçün əllərindən gələni etməkdə" ittiham edib və ştatların rəhbərliklərini gələcəkdə oxşar qanun pozuntularının qarşısını almaq üçün səsvermə prosedurlarını dəyişdirməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR