ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmayacaq, 2022-ci ildə Konqresə seçkilərdə respublikaçılara yardım edəcək.
Bu barədə “Fox News” siyasətçinin müşaviri Ceyson Millerə istinadən yazıb.
“Trampın məqsədi 2022-ci ildə Nümayəndələr Palatası və Senatı respublikaçılara qaytarmaqdan ibarətdir”, - deyə C.Miller bildirib.
O, qeyd edib ki, Donald Tramp bu səylərdən kənar heç nə planlaşdırmır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.