Yunanıstanın səyyahlar arasında populyar yer sayılan Milos adası yaxınlığında, Egey dənizində göyərtəsində 18 sərnişini olan turist gəmisi batıb.
Bu barədə yerli ERT1 telekanalı məlumat yayıb.
Hadisənin Milos limanından 16 dəniz mili məsafəsində baş verdiyi bildirilir.
Yerli xüsusi xidmət orqanları xilasetmə əməliyyatına başlayıblar - sahil təhlükəsizlik qayıqları, balıqçı gəmiləri, həmçinin Yunanıstan Hərbi Hava Qüvvələri və Donanmasının helikopterləri hadisə yerinə yollanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.