AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın hərbi gəmisi batdı, 33 yaralı - Yenilənib

  • + A
  • - A
  • 2-06-2021, 20:00

    İranın hərbi gəmisi batdı, 33 yaralı - Yenilənib


    İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ölkənin cənub sahillərində batıb.

    AzadMedia.az "Fars" agentliyinə istinadən xəbər verir ki, İranın Umman körfəzində yerləşən Cask limanı yaxınlığında ölkənin Hərbi Dəniz Qüvvələrində məxsus gəmidə yanğın baş verib. Yanğın nəticəsində gəminin batdığı bildirilir.

    Açıqlamada gəminin ekipajının təhlükəsiz şəkildə təxliyyə edildiyi, ölən və yaralananların olmadığı bildirilir.

    Hadisənin gəminin təlim tapşırığı yerinə yetirərkən baş verdiyi bildirilir. Yanğının səbəbləri barədə məlumat verilmir.

    ***

    Umman körfəzində yanmağa başlamasından saatlar sonra batan İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Hark” adlı gəmidə 33 heyət üzvü yaralanıb.

    Bildirilib ki, yaralılardan 23 nəfəri Bəndər Abbas Xəstəxanasına aparılıb, 10 nəfərə isə yerində tibbi yardım göstərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR