Azərbaycanın Cəbrayıl rayonu ərazisində Ermənistan ordusunun 6 hərbçisinin meyiti tapılıb.
Azadmedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təxliyə edilən meyitlərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.
Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 642 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.