Kürdəmirdə göldə batan gəncin meyiti tapıldı
Kürdəmirdə süni göldə batan 20 yaşlı gəncin meyiti tapılıb.
AzadMedia.az FHN-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.
B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.