Ərdoğanın Bakı səfəri niyə təxirə düşdü? - SƏBƏB
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.
"Report"un məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınması iş qrafikinin sıxlığı ilə bağlıdır.
Diplomat bununla belə detalları açıqlamayıb.
Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.