AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ermənistanın gələcəyi Türkiyə ilə münasibətlərdən asılıdır" - Baqrat Asatryan

  • + A
  • - A
  • 9-09-2021, 14:45


    "Şəxsən mən, Ermənistan-Türkiyə münasibətlərinin qurulacağına inanıram. Baxmayaraq ki, keçən il baş verən hadisələr bizi bu imkanlardan uzaqlaşdırdı".

    Bu fikirləri müsahibəsində Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan deyib.

    "Ermənistanın gələcəyi mehriban qonşuluq münasibətlərinin qurulmasından keçir. Biz buna məhkumuq. Ümid edirik ki, ölkə rəsmiləri və siyasi elita bunu nəinki başa düşəcək, həm də bu istiqamətdə fəal addımlar atacaq. Təbii ki, çox məsələ bölgənin ən təsiredici gücə malik olan ölkəsi Türkiyədən asılıdır", - deyə Asartyan bildirib.

    Baqrat Asatryan qeyd edib ki, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması məsələnin açarıdır:

    "Bunun ardınca Ermənistan üçün iqtisadi fayda da ola bilər. Şəxsən mən Türkiyənin dinamik inkişaf edən iqtisadiyyatının bütün bölgənin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə inanıram.

    Mehriban qonşuluğu bərpa etmək üçün inamsızlıq sindromu aradan qaldırılmalıdır. Bunun üçün də, müxtəlif səviyyələrdə birbaşa danışıqlar aparılmalı, diplomatik əlaqələr qurulmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR