"Myanmar prezidentinin Nobel sülh mükafatı əlindən alınsın" — İslam təşkilatının TƏLƏBİ
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) yeni tələb irəli sürüb
"Ölkə.Az" xəbər verir ki, təşkilat Myanmar prezidenti Aunq San Suu Kyinin sülh mükafatının əlindən alınmasını tələb edib.
Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən İSESCO-nun mərkəzi bu barədə yazılı açıqlama verib. Açıqlamaya əsasən 1991-ci ildə Nobel Sülh Mükafatı Komitəsi Myanmar prezidentini mükafatlandırıb. Myanmarda baş verən bəşəri cinayətə səssiz qalan Aunqun mükafatı geri alınmalıdır: "Myanmar hökumətinin arakanlı müsəlmanlara qarşı işlənən cinayəti prezident Kyinin məlumatı daxilində baş verir. Nobel Sülh Mükafatının hədəfinə zidd hərəkət edən Kyi bu mükafat üçün uyğun şəxs deyil".
Bununla yanaşı təşkilat ictimaiyyəti Myanmarda baş verən hadisələri dayandırmağa səsləyib.