Rus ordusu hərəkətə keçdi: 850 terrorçu məhv edildi - VİDEO
Suriyanın İdlib əyalətindəki Əl-Nusra terror təşkilatının üzvləri gərginliyi azaltma bölgəsində elan edilmiş atəşkəsi pozaraq hücuma keçiblər.
Publika.az xəbər verir ki, terrorçular bölgədə yerləşən 29 rus əsgərini mühasirəyə alıblar.
Rusiya Hava Qüvvələri terrorçulara qarşı əks əməliyyat təşkil edib. Onların havadan hücumu nəticəsində təxminən 850 terrorçu öldürülüb, 11 tank, 4 zirehli piyada avtomobili, 46 maşın, 38 silah deposu və 20 yük maşını məhv edilib.
Əməliyyat zamanı mühasirəyə düşən rus əsgərlərindən 3-ü yaralanıb. Lakin onları xilas etmək mümkün olub.