Bazar günü qiyamət qopacaq — ABŞ-dan ŞOK İDDİA
ABŞ mətbuatı yeni iddia ilə çıxış edib.
AZTB.info xəbər verir ki, mübahisəli X planetinin 15 oktyabr tarixində dünyamıza çox yaxınlaşacağı bildirilir. Bunun isə təbii fəlakətlərə səbəb olacağı iddia edilir.
ABŞ-da bir təriqət üzvü Devid Mid kainatda mövcudluğu isbat edilməyən X planetinin Yerə ən yaxın mövqedə olacağını bildirib. Mid planetin mövqeyinin zəlzələ, sunami və vulkan püskürmələrinə səbəb olacağını iddia edib. Bu iddiaların mətbuata sızması ABŞ-da böyük panikaya səbəb olub. Amma NASA mütəxəssisləri bu iddiaların yalan olduğunu bildirib.
Mid iddiasında bildirib ki, avqust ayında baş verən günəş tutulmasından sonra qasırğalar artıb. Bu isə fəlakətin ilk parıltıları və xəbərçisidir.