Tramp haqqında yazılan seksual xarakterli xəbərlərdən — DANIŞDI FOTO
ABŞ prezidenti Donald Tramp barəsində irəli sürülən cinsi təcavüz iddialarını yalanlayıb.“Ölkə.Az” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bunun cəfəngiyyat olduğunu deyib. Onun sözlərinə görə, haqqında səsləndirilən seksual xarakterli xəbərlərin hamısı yalandır.
“Bütün bu xəbərlər yalandır. Kimlərsə uydurma xəbərlər yaymaqla, öz məğlubiyyətinin intiqamını almaq istəyir”, - deyə Tramp bildirib.
Qeyd edək ki, ötən ildən bəri Trampın qadınlara qarşı cinsi təcavüz etməyi barədə xəbərlər yayılır. Seçkilər ərəfəsində 11 il əvvəl çəkilən bir video görüntü yayılıb. Orada Tramp qadınlar barədə danışır. O, qadınların onu arzuladığını və hər dəfə hansısa xanıma təcavüz edəndə xoşlandığını deyib. Tramp varlı və tanınmış biri olduğu üçün qadınları zorlaya biləcəyini vurğulayıb.
Bundan başqa, “New York Times” qəzeti yazmışdı ki, 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.
Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb.
Əmlak şirkəyində çalışan 22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, Tramp liftdə gözlənilmədən onun dodağından öpüb.