Çili hökuməti miqrasiya böhranı və artan cinayətlə əlaqədar ölkənin şimalındakı bir sıra bölgələrdə fövqəladə vəziyyət tətbiq edəcək.
Azadmedia.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər və ictimai təhlükəsizlik naziri Rodriqo Delqado bildirib.
"Sərhədyanı zonasındakı dörd əyalətdə - Arika, Parinakote, Tamaruqal və El Loedə fövqəladə vəziyyət elan ediləcək".
Onun sözlərinə görə, bu tədbir bölgələrdə ictimai asayişin təmin edilməsinə hərbçiləri cəlb etməyə imkan yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.