AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Litva hökuməti fövqəladə vəziyyət elan edib

  • + A
  • - A
  • 3-07-2021, 20:35

    Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.
    Litva hökuməti fövqəladə vəziyyət elan edib
    Azadmedia.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib.

    Litvanın Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, sərhədçilər gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur. Hazırda qeyri-leqal miqrantların yerləşdirilməsi məqsədilə 835 nəfərlik yer ayrılıb. Həmin yerlərdən 500-ü artıq tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR