Vladimir Putin bizə öyrətdi ki, diktatorun idarə etdiyi ölkə etibarlı biznes tərəfdaşı ola bilməz.
Bu barədə "Nyu York Tayms"da məqalə dərc edilib.
“Çinin Qərblə həm iqtisadi, həm də hərbi qarşıdurması tamamilə əsassız və mənasız olardı. Ancaq Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bir o qədər ağılsız və mənasızdır. Əhəmiyyətli odur ki, bu, Çindən kütləvi şəkildə kapital axınına səbəb oldu.
Təəssüf ki, biz Birinci Dünya müharibəsinin dərslərini yenidən öyrənməliyik. Qloballaşmanın faydaları hərbi qarşıdurma təhlükəsi yarananda və diktatorlar öz şıltaqlıqlarını həyata keçirməyə başlayanda həmişə təhlükə altında olur. Dünyanı daha zəngin etmək üçün onu daha təhlükəsiz etməliyik”, - deyə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.