AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ: Bu məlumatlar Rusiyanın "əlinə oynayır"

  • + A
  • - A
  • 1-07-2020, 09:20

    ABŞ: Bu məlumatlar Rusiyanın "əlinə oynayır"
    Rusiyanın taliblərə amerikalılara hücuma görə mükafat təyin etməsi barədə mediada yayılan xəbərlər Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir.

    Axar.az xəbər verir ki, bu barədə Keyli Makineni deyib.

    “Bu məqalənin 2 pis nəticəsi var. Birinci, bu məqalə sözügedən məsələ ilə bağlı konsensus əldə edilməsini və kəşfiyyat məlumatlarının yoxlanmasını çətinləşdirəcək. İkincisi, bu cür ziddiyətlər və fikir ayrılıqları təəssüf ki, Rusiyanın “əlinə oynayır” və onun maraqlarına xidmət edir”, - deyə o bildirib.

    Makineni qeyd edib ki, ABŞ kəşfiyyatından belə informasiyanın sızmasından sonra heç kim qiymətli məlumatını ABŞ-la bölüşmək və əməkdaşlıq etmək istəməyəcək.

    Xatırladaq ki, “Nyu York Tayms” Rusiyanın taliblərə Əfqanıstanda amerikan hərbçilərinə hücum etməsi üçün pul təklif etdiyini yazıb. ABŞ kəşfiyyatına istinadən yayılan bu məlumatı Tramp saxta adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR