Avropa İttifaqı müharibədən zərər çəkmiş mülki əhaliyə dəstək üçün Ukraynaya əlavə 50 milyon avro humanitar yardım ayırdığını açıqlayıb.
Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu məbləğ səhiyyə, su, işıqdan məhrum olan, ucqar ərazilərdə yaşayan insanlara ayırılıb.
Qeyd edək ki, bununla da Avropa İtifaqının Ukraynaya ayırdığı yardım 143 milyon avroya çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.