Türkiyə ABŞ-a rəsmən bəyan etdi — Günahkar "FETÖ"dür
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya səfirinin qətli ilə bağlı ABŞ-ın Dövlət katibi Con Kerri ilə müzakirələr aparıb.
Tərəflər arasında baş tutan telefon danışığı zamanı Çavuşoğlu Kerriyə səfir sui-qəsdinin detallarını danışıb.
"Kerriyə bildirdim ki, həm Rusiya, həm də Türkiyə bu terror aktının arxasında "FETÖ"nün olduğunu bilir. Ona terrrorçu və onun əlaqələri haqqında məlumat verdim".
Yayılan məlumata görə, telefon danışığı ABŞ tərəfinin israrlı tələbindən sonra baş tutub.