Şimali Koreya — Yarımadada müharibə zəngləri çalınır"
Şimali Koreyanın xarici işlər nazirliyi ABŞ-ın Koreya yarımadasındakı hərbi təlimlərini şərh edib.
"Ölkə.Az" xəbər verir ki, Şimali Koreya diplomatları bəyan ediblər ki, indi bir məsələ qalıb: müharibə nə vaxt start götürəcək.
Nazirliyin açıqlamasında deyilir: "Son dövlər, ABŞ Koreya yarımadasında genişmiqyaslı hərbi-hava təlimləri keçirir. Bu təlimlər Şimali Koreyaya qarşı yönəlib. Yüksək rütbəli amerikalı siyasətçilər ard-arda hərbi bəyanatlar səsləndirirlər. Bu isə narahatçılıq yaradır".
Nazirlikdən əlavə edilib: "Bu hərbi bəyanatlar Koreya yarımadasında müharibəyə hazırlaşmağımız mənasına gəlir".
Şimali Koreya müharibə istəmədiyini amma gerim addım atmayacağını da bildirib.