Ukrayna prezidenti Volodimir Zelenski Xarkov vilayətinə işgüzar səfər edib.
Bu barədə prezident ofisinin "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, Zelenski Ukrayna hərbçiləri ilə görüşüb, əməliyyat şəraiti ilə tanış olub, hərbçilərə xidmətlərinə görə təşəkkür edib, dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib.
Bundan əlavə, Ukrayna prezidenti mənzil fondunun modernləşdirilməsi ilə bağlı müşavirə keçirib və bütün panel evlərin dəyişdirilməsini təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.