AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib

  • + A
  • - A
  • 16-01-2017, 09:17

    Marsın NASA tərəfindən çəkilmiş şəkillərində ufoloqlar şüurlu həyatın əlamətlərini tapıblar. Onlar ev, kosmik gəmi və iki canlı varlığın fiqurlarıdır.

    Sputnik xəbər verir ki, mütəxəssislər qırmızı planetin şəkillərini analiz edərkən orada şüurlu həyatı əks etdirən aşkar əlamətləri müşahidə ediblər. Əvvəlcə NASA-nın entuziastları evi müəyyən ediblər. Onu hətta uzaq məsafədən ayırd etmək mümkündür. Binanın açıq pəncərələri belə aydınca görünür.

    NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib












    Evin yaxınlığında ufoloqlar kosmik gəmiyə oxşayan, yaşayış yerinin yaxınlığındakı dayanacağa park edilmiş nə isə görüblər. Mütəxəssislər həmçinin iki canlının başını da fərq ediblər ki, onların da yerli sakinlər olduğu güman edilir.

    NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib












    Bununla yanaşı ufoloqlar bildiriblər ki, NASA bütün şəkilləri ağ-qara fonda çəkir ki, həmin peyzajdakı elementləri adi gözlə müəyyənləşdirmək çətindir. Onlar rəngli olsaydı, daha aydın seçilərdir.

    Bu tapıntı alimlərin Marsda şüurlu sivilizasiyanın olduğu barədə nəzəriyyələrini təsdiqləməyə kömək edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR