Türkiyə ordusu İdlibə qədər gedəcək — Ərdoğandan ŞOK AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Zeytin Dalı” əməliyyatı ilə bağlı açıqlama verib.
“Ölkə.Az” xəbər verir ki, Ərdoğanın açıqlamasına əsasən, Afrin azad edildikdən sonra türk ordusu hücumlarını davam etdirərək İdlibə qədər gedə bilər.
Ərdoğan “NTV Turk” kanalına müsahibəsində deyib: “Allah qoysa, İdlibə qədər gedəcəyik”.
Türk lideri eyni zamanda söz verib ki, Türkiyəyə hücum edən bütün terrorçular günahsız insanların ölümünə görə cavab verəcəklər.