NATO-dan "Zeytin Dalı" əməliyyatı açıqlaması — "Hər ölkə özünü müdafiə etməlidir"
Türkiyə ordusunun Suriyada başlatdığı "Zeytin Dalı" əməliyyatı ilə bağlı NATO rəsmisi türk mətbuatına açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, açıqlamada "hər ölkənin özünü müdafiə etmək hüququ var"-deyilir.
NATO rəsmisi Türkiyənin alyansa üzv olduğunu, NATO baş katibi Yens Stoltenberqin türk rəsmilərlər müntəzəm informasiya mübadiləsində olduğunu bildirib. Stoltenberq ötən həftənin çərşənbə axşamı Rəcəb Tayyip Ərdoğanla telefon əlaqəsi saxlayıb.
Avropa İttifaqı isə bu dəfə məsələyə şərh verməyib. Qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Moqerini "Avropa İttifaı hərbi aktyor deyil. Hərbi əməliyyatlar mövzusunda şərh vermirik"-deyib.
BMT Təhlükəsizlik Şurası isə Fransanın çağırışı ilə Suriyadakı məsələləri müzakirə etmək üçün təcili iclas çağırıb.