AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniyanın yeni baş naziri İsrailyönlü hesab olunur

  • + A
  • - A
  • 25-10-2022, 17:37

    Britaniyanın yeni baş naziri İsrailyönlü hesab olunur

    Bazar ertəsi İngiltərənin baş naziri vəzifəsində Liz Trussı əvəz edən Rishi Sunak Londonda İsrailyönlü siyasətçi kimi qiymətləndirilir.

    Azadmedia.az İsrail mediasına istinadən xəbər verir ki, avqust ayında İsrailin Dostları tədbirində Sunak Qüdsün "şübhəsiz ki, İsrailin tarixi paytaxtı" olduğunu və Böyük Britaniya səfirliyinin bu şəhərə köçürülməsi üçün "çox güclü bir iddianın" olduğunu söyləyib.
    Bir vaxtlar Liz Truss da transferdən danışdı, lakin heç nə etmədi və edə bilmədi. Onun səlahiyyət müddəti bir neçə həftə ilə məhdudlaşdı.

    Rishi Sunak Böyük Britaniya yəhudi icmasını dəstəkləyir və həmçinin BDS-ə qarşıdır. O, əvvəllər ölkədə antisemitizm hadisələrinin artması ilə bağlı narahatlığını bildirib.
    O, bir növ rekordçudur - 200 ilin ən gənc baş naziri və Böyük Britaniyanın ilk baş naziri - etnik hindistanlı və ağ irqə aid olmayan bir şəxsdir.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR