Sosial mediada "Zombi Ancelina" və ya "ölü gəlin" kimi tanınan 22 yaşlı internet fenomeni Səhər Təbar həbsdən çıxandan sonra İranın "Rokna" televiziyasına çıxıb və hər şeyi etiraf edib.
Qorxunc görünüşünə görə "Zombi Ancelina" və "Ölü gəlin" kimi tanınan internet fenomeni Səhər Tabar həbsdən əvvəl heyran olduğu Hollivud ulduzu Anceliya Coliyə oxşamaq üçün 40 kq arıqladığını və 50 dəfə bıçaq altına girdiyini iddia edirdi.
Əsl adı Fatimeh Xişvənd olan, lakin sosial mediada “Səhər Təbar” kimi tanınan 22 yaşlı fenomen əxlaqsızlığa, küfr və korrupsiyaya təhrik etməkdə ittiham edilərək 2019-cu ildə həbs edilərək həbsxanaya göndərilmişdi.
Sosial mediada yayılan görüntüləri montaj bacarığı sayəsində yaratdığını deyən Təbər, iştirak etdiyi proqramda artıq məşhur olmaq istəmədiyini iddia edərək, sosial medianı tamamilə tərk etdiyini bildirib.
Səhər Təbar 2017-ci ildə açdığı İnstaqram hesabında paylaşdığı fotolar sayəsində qısa zamanda 500 min izləyici toplayıb. Təbərin hesabından paylaşdığı qorxulu fotolar illərdir danışılır.
Gənc qadının qatıldığı proqramda paylaşdığı fotolarla heç bir əlaqəsi olmadığı aydın görülüb. Bununla belə, efektli fotoları kimi, əsl forması da sosial mediada ən çox danışılan mövzular arasında yer alıb.
Hürriyət.comdan tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.