Futbolçu həbs olundu - 15 yaşlı qızı zorlayıb
İsveçin “Malmö” klubunun futbolçusu 15 yaşlı qıza 5 dəfə cinsi təcavüz göstərdiyinə görə həbs olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən futbolçunu 3 il həbs cəzası gözləyir.
Futbolçunun vəkili isə bu qərarla razılaşmır: “Biz apellyasiya şikayəti verəcəyik. Bəli, müştərim o qızı tanıyır. Amma onların arasında seksual əlaqələr olmayıb”.
Qeyd edək ki, həmin oyunçu 2017-ci ildə “Malmö”dən kənarlaşdırılıb. Onun adı mətbuata açıqlanmayıb.