Berlində bahalaşma, militarizm və silah tədarükünə qarşı nümayiş keçirilir.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayiş solçu "Bölüşdürmə" dərnəyinin nümayəndələri tərəfindən təşkil edilib.
Nümayişçilərin şəhərin mərkəzindəki Qırmızı şəhər binasının qarşısına toplaşdıqları, daha sonra şəhərin əsas küçələrindən biri olan Fridrixştrasse ilə Kreuzberg metropoliten ərazisinə doğru irəliləyəcəkləri bildirilir.
Onlar, əsasən, kirayə qiymətləri və elektrik enerjisinin bahalaşmasına diqqət çəkiblər: "Bunun əvəzini kim ödəyəcək? Siz 8 faiz inflyasiyadan danışırsınız, amma biz müşahidə edirik ki, bir çox qiymətlər iki dəfə artıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.