Ağ Ev İndoneziyanın Bali adasında ABŞ Prezidenti Cozef Bayden və çinli həmkarı Si Cinpin arasında keçirilən görüşlə bağlı məlumat yayıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden jurnalistlərə açıqlamasında görüşün səmimi olduğunu bildirib.
O qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken yaxın zamanlarda Çinə səfər edəcək.
Həmçinin, prezidentlərin arzu və prioritetlərinin də üst-üstə düşdüyü vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.