"Rusiya qarşıdan gələn qışda Azərbaycana təxminən bir milyard kubmetr təbii qaz tədarük edəcək".
"Qazprom" şirkətinin bu gün verdiyi məlumata görə, noyabrın 15-də Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə müvafiq müqavilə imzalanıb.
“Moskva və Bakı arasında mövsümi qaz mübadiləsi haqqında saziş əsasında yanacağın tədarükü 2021-ci ildə həyata keçirilir. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək”.
Azərbaycan 2006-cı ildə, “Şahdəniz” yatağının istismarına başlayandan sonra Rusiya qazının idxalından imtina edib. 2010-2014-cü illərdə Azərbaycan öz ərazisində hasil etdiyi qazı Rusiya bazarına çıxarıb. 2017-18-ci illərdə Azərbaycan “Qazprom”dan məhdud miqdarda qaz alışını bərpa edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.