Noyabrın 16-da İranın Xuzistan əyalətinin İze şəhərində terror aktı törədən 3 nəfər saxlanılıb.
Bu barədə İranın vitse-prezidenti Möhsena Rezai bildirib.
"Onlar qaçmağa cəhd ediblər, lakin İran-Azərbaycan sərhədində həbs ediliblər".
Onun sözlərinə görə, İranın düşmənləri qeyri-qanuni sanksiyalarla nəticə əldə edə bilmədilər, ona görə də indi ölkədə qeyri-sabit ab-hava yaratmağa çalışırlar.
Son məlumatlara görə, terrorçuların atəşi nəticəsində Xuzistanda polislər də daxil olmaqla azı 7 nəfər həlak olub, 10-dan çoxu yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.