Efirdə aparıcı və ukraynalı politoloq yumruqlaşdı — VİDEO
Rusiyanın NTV telekanalında yayımlanan "Görüş yeri" (Место встречи) proqramının canlı efirində ukraynalı ekspert Dmitri Suvorov və verilişin aparıcısı Andrey Norkin arasında əlbəyaxa dava düşüb.
AZTB.info-nun xəbərinə görə, insident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.
Qeyd edək ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman Suvorov Norkini yumruqlamağa başlayıb.
Davaya digər şəxslər də qoşulub. Sonda Suvorovu studiyadan çıxarıblar.