AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin müşavirəsi keçiriləcək

  • + A
  • - A
  • 4-01-2023, 19:46

    Paytaxt  Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin müşavirəsi keçiriləcək




    Yanvarın 16-dan 18-dək İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliynin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçiriləcək.

    Bu barədə İsrailin Azərbaycandakı səfirliyi yerli mediaya məlumat verib.

    Məlumatda deyilir ki, Avrasiya ölkələrindəki səfirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrin əsas mövzusu həm Ukraynadakı müharibə, həm də İran-İsrail qarşıdurması kontekstində regionda çətin vəziyyət və 2023-cü il üçün planlardır.

    Bu görüş İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasından az sonra baş tutacaq.

    Ötən il dekabrın 28-29-da Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri Aliza Bin Nun rəhbərlik edib.

    “Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub”, məlumatda qeyd edilir.

    Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

    Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.

    Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib.

    Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Belə ki, İran regionda digər qüvvələrin olmasına qarşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR