Qazaxıstanın “Türkistan” televiziyasında yayımlanan “Şanrak” proqramında müxtəlif millətlərin nümayəndələri arasında keçirilən telemüsabiqədə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva birinci yer tutub.
Bölgədə yaşayan xalqların nümayəndələrinin təmsil olunduğu layihə müxtəlif mədəniyyətlərə həsr olunub.
Azərbaycan mədəniyyət nümunələrini yüksək səviyyədə təqdim etdiyinə görə Ramilə Mustafayeva diplomla təltif olunub. Diplomun təqdim edilməsindən öncə R.Mustafayevanın rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin fəaliyyətini əks etdirən süjet nümayiş etdirilib.
“Türkistan” TV-nin həyata keçirdiyi layihənin 42 nominasiyası üzrə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi ikincilik qazanıb və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Layihə çərçivəsində ilk üç yeri qazanan icmalar, o cümlədən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi mart ayında Astana şəhərində keçiriləcək Respublika müsabiqəsinə vəsiqə qazanıb.