Kanadanın Ottava şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasbətilə bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycan icmasının nümayəndələri, “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri və məzunları iştirak ediblər.
Məktəbin baş təlimatçısı və müəllimi Vüsalə Əhmədova bayramlar münasibətilə soydaşlarımızı və şagirdləri təbrik edib, Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışıb.
Tədbir zamanı məktəb şagirdlərinin ifasında Azərbaycana həsr olunmuş şeir və mahnılar səsləndirilib, Azərbaycan mədəniyyətinə dair əyləncəli oyunlar keçirilib. Uşaqlar Şaxta babanın hədiyyəsi ilə mükafatlandırılıb.
Qeyd edək ki, Ottava şəhərində “Qarabağ” Azərbaycan dili məktəbi 2011-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Məktəbdə hər həftənin bazar günləri 2 saat yarım müddətində 4-14 yaş arası uşaqlara Azərbaycan dili, tarixi, musiqi və rəqs dərsləri tədris edilir, milli adət-ənənələrimiz öyrədilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.