Rusiya Prezidenti Vladimir Putin Kremldə tək nəfərlik Milad mərasimi təşkil edib.
AzadMedia.z xarici KİV-ə istinadən xəbər verir ki, Putin Miladı Kreml Sarayı daxilində olan tarixi kilsədə yalnız 6 dini məmurun müşayiəti ilə qeyd edib.
Bildirilib ki, ötən illərdə Putin Miladı pravoslavlarla birgə qeyd etməyi üstün tuturdu.
Bir çox şəxslər onun sui-qəsddən qorxduğu üçün bu addımı atdığını bildirib.
Belə ki, Putin Rus Patriarxı Kirilin Kremldən 2 km aralıda yerləşən “Xilaskar Məsih” kilsəsində keçirilən mərasiminə də qatılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.