Adnan Oktarın “Kediciyi” qaçdı
Adnan Oktarın “kedicik” adlandırdığı qızlarından biri olan Ceylan Özgül qaçıb.
“Ölkə.Az” xəbər verir ki, Ceylan qaçdığını səs yazısı ilə izah edib.
Səs yazısında “kedicik” baxçaya çıxış icazəsi ala bilmək üçün pijama və tərliyini çıxarıb oradan qaçdığını bildirir.
Həkimə müraciət etmək bəhanəsi ilə baxçaya çıxan Özgül deyib:
“Baxçada itim var idi. İtlə oynadım. Avtomobilin gəldiyini gördüm və qapıdan qaçaraq çölə çıxdım, avtomobilə mindim”.
Ceylan qeyd edib ki, üzərində şəxsiyyət vəsiqəsindən başqa heç nə olmayıb.