“Kedicik” “kupalnik”lə namaz qılan qıza dəstək üçün bunu etdi – FOTOLAR – +18
Bir müddət öncə gənc qızın dəniz sahilində çimərlik geyimi ilə namaz qılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu.
Yenicag.az xəbər verir ki, əksəriyyət qızın addımını tənqid etsə də, ona sürpriz dəstək Adnan Oktarın “kediciyi” Tülay Kumaşçıdan gəldi. O, “Twitter” hesabında “Çimərlikdə namaz qılan qızı təbrik edirəm. Dənizə girən, çimərlik paltarı geyinən qadınlar da Allah sevgisini və dinini ən gözəl şəkildə yaşaya bilər” cümlələrini yazaraq, “kupalnik”də namaz qılan qıza dəstək verib.
Qeyd edək ki, Türkiyədə ermənipərəstliyi ilə tanınan Adnan Oktarın “kedicik”lərinin çılpaq halda dinlə bağlı çıxışları mühafizəkar insanlar tərəfindən narazılıqla qarşılanır.