"Cənnətdən bir parça" kimi təqdiç etdiyi ölüm kabusunun sahibi həbs edildi.
Hatayda zəlzələ nəticəsində dağılan "Rönesans Residence" yaşayış kompleksinin podratçısı olmuş şirkətin sahibi Mehmet Yaşar Coşkun xaricə getmək istəyərkən İstanbul Hava Limanında saxlanılıb.
Qaziosmanpaşa Prokurorluğu Hatayda baş verən zəlzələdə uçan "Rönesans Residence"in podratçısı olmuş şirkətin sahibi Mehmet Yaşar Coşkunun xaricə getmək üçün İstanbul Hava Limanına gəldiyi barədə məlumatdan sonra hərəkətə keçib.
Şübhəli Coşqun İstanbul Hava Limanında Baş Prokurorluğun göstərişi ilə polis qrupları tərəfindən saxlanılıb.
Monteneqroya qaçmaq üzrəykən saxlanılan Coşkun İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.
"Rönesans Residence" "Cənnətdən bir parça" kimi reklam olunaraq satılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.