Suriya zəlzələdən sonra Avropa İttifaqından ilk yardım alacaq. Artıq İtaliyadan gələn humanitar yardım partiyası Livanın paytaxtı Beyrutdakı tranzit məntəqəsinə gəlib. Azadmedia.az xəbər verirçki, bu barədə “Reuters” məlumat yayıb.
İtaliyanın Dəməşqdəki səfiri Massimiliano D'Antuononun sözlərinə görə, zəlzələdən sonra Suriya hakimiyyətinin Aİ-nin ilk yardımının bir hissəsi olaraq, Suriyanın hökumətin nəzarətindəki bölgələrinə göndərilən İtaliya humanitar yardımı Beyruta çatıb.
30 tonluq yükə dörd təcili yardım maşını və tibbi avadanlıqla təchiz olunmuş 13 altlıq daxil olub və yükü dörd həkimdən ibarət briqada müşayiət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.