Rusiyanın Ukraynanın Xerson şəhərinə təşkil etdiyi hücumda 6 nəfər həyatını itirib, ən azı 12 nəfər yaralanıb.
Rusiya Ukraynanın Xerson şəhərində mülki yaşayış məntəqələrinə zərbələr endirib. Azadmedia.az xəbər verir ki, Ukraynanın Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada, Rusiyanın bir avtobus dayanacağı və yaşayış binasını hədəf aldığı hücumda 6 nəfərin öldüyü, ən azı 12 nəfərin yaralandığı bildirilib.
Hücum nəticəsində bir çox binanın zədələndiyini qeyd edən Ukraynanın Cənub Əməliyyat Komandanlığı, "Düşmən Xersonda yaşayış məntəqələrinə, kritik infrastruktur obyektlərinə, uşaq bağçasına, xəstəxanaya və maşınlara zərbələr endirib" dedi. Məlumata görə hücumdan sonra zərər çəkən bir çox binada yanğın baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.