Yerevandakı iğtişaşlar Moskvanı qorxutdu - Xarici İşlər Nazirliyindən vətəndaşlarına xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa çağırıb.
Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirlik öz vətəndaşlarına xəbərdarlıq edərək, Yerevanda davam edən iğtişaşlardan və həmin ərazilərdən uzaq gəzməyə çağırıb.
Xatırladaq ki, keçmiş prezident Serj Sərkisyanın baş nazirliyinə etiraz edən minlərlə insan küçələrə çıxıb. Onlar polis koridorunu yararaq, ölkənin Konstitusiya Məhkəməsinin binasına qədər irəliləyiblər. Qarşıdurmada 100-lərlə aksiyaçı həbs edilib, yaralansa da, etirazlar səngimir. Əksinə, hər saat da daha da şiddətlənir.
Onu da qeyd edək ki, etirazlarda bir neçə polisin də yaralandığı deyilir.