AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan Poroşenkoya rüşvət ittihamı - 200 milyon

  • + A
  • - A
  • 31-01-2017, 09:36

    Ukrayna Ali Radasının deputatı Aleksandr Onişenko prezident Petro Poroşenkonu biznesmendən rüşvət tələb etməkdə ittiham edib.

    “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə deputat “Strana.ua”ya müsahibəsində bildirib.

    Onun sözlərinə görə, ölkə başçısı milyarder Rinat Əhmədovdan “Neftqazçıxarma” şirkətinin hesabına qoyulan həbsi ləğv etmək üçün 200 milyon tələb edib.

    “Neftqazçıxarma” - Ukraynada ən böyük qazçıxarma şirkətidir. “Neftqazçıxarma”nın məxsus olduğu DTEK isə Əhmədovun holdinqinə daxildir.

    Nəşr prezident administrasiyasının ittihamları rədd etdiyini yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR