Serj Sarkisyan istefa verdi — Ermənilərə son müraciəti
Ermənistanda keçirilən etiraz aksiyaları fonunda Serj Sarkisyan istefa verib.
Sarkisyan istefa zamanı ermənilərə müraciət edib:
“Sizə dövlət başçısı kimi son dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranan vəziyyətdə bir neçə həll yolu var. Amma mən onların heç birinə getmirəm. Bu mənlik deyil. Mən ölkə rəhbərliyini tərk edirəm”.